“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

“Birxeber.Az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.

İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/2016 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.

O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İbrahimli bütün qollarını Ağdam klubunda vurub.