Rusiya Ukrayna ərazisinə "İsgəndər" raketi atıb

Rusiya Ukrayna ərazisinə "İsgəndər" raketi atıb

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Slavyansk şəhərinə “İsgəndər” raketi ilə hücum edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, mülki infrastruktur hədəf alınıb.

Hadisə nəticəsində yaxınlıqdakı çoxmərtəbəli binalara və uşaq bağçalarına ziyan dəyib, ölən və xəsarət alan olmayıb.