Ekvadorda silahlılar 9 nəfəri öldürüb, 10 nəfəri yaralayıb - YENİLƏNİB

Ekvadorda silahlılar 9 nəfəri öldürüb, 10 nəfəri yaralayıb - YENİLƏNİB

Silahlı şəxslər Ekvadorun sahilyanı Quayaquil şəhərində bir qrup insana hücum edərək 9 nəfəri öldürüb, 10 nəfəri yaralayıb.

Birxeber.Az “Associated Press” ə istinadən xəbər verir ki, polisin məlumatına görə, silahlı qrup boz rəngli “Chevrolet Spark” markalı avtomobillə bir qrup insanın idmanla məşğul olduğu küçəyə daxil olub. Silahlı şəxslər maşından düşərək insanlara atəş açmağa başlayıblar.

Qeyd edək ki, heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

***

06:16

Ekvadorun sahilyanı Quayaquil şəhərində silahlı şəxslər bir qrup vətəndaşa hücum edib, nəticədə 8 nəfər ölüb, 8 nəfər yaralanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “AP” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb

Şahidlərin sözlərinə görə, şənbə günü yerli vaxtla axşam 19:00 radələrində silahlı şəxslər Quasmo rayonunun cənub bölgəsinə avtomobillə gəliblər.

Onlar bir qrup insana atəş açıb.

Nəticədə iki nəfər yerindəcə ölüb, daha 6 nəfər xəstəxanada vəfat edib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.