Çin ordusu Myanma ilə sərhəddə döyüş atışlı təlim keçirəcək

Çin ordusu Myanma ilə sərhəddə döyüş atışlı təlim keçirəcək

Çin Silahlı Qüvvələri Myanma ilə sərhəddə hərtərəfli döyüş atışlı təlimlər keçirəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

Manevrlər aprelin 2-də başlayacaq və bir gün davam edəcək.

Məlumata görə, təlim İntsyan və Lonçuan əyalətlərində beş fərqli yerdə baş tutacaq. Hərbi təlimin keçiriləcəyi zonaya icazəsiz giriş qadağandır.

Bundan əlavə, təyyarələr həmin ərazinin hava məkanına daxil ola bilməyəcək. Hərbi manevrlərlə bağlı çəkilişlərin və onlarla bağlı hər hansı məlumatın KİV-də yayılması da qadağandır.