XİN başçısı: "İranda saxlanılan Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır"

XİN başçısı: "İranda saxlanılan Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır"

İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır.

"Report"un məlumatına görə bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Burada ilkin ittiham cinayət məcəlləsinin bir maddəsi üzrə idisə, işin gedişində daha yumşaq qərar qəbul edildi. Fərid Səfərliyə 2 il 6 ay iş kəsildi", - o bildirib.