"Real" 27 ildən sonra rekordunu təkrarlayıb

"Real" 27 ildən sonra rekordunu təkrarlayıb

İspaniyanın "Real" klubu 27 ildən sonra rekordunu təkrarlayıb.

"Report" “Opta Sport” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi buna La Liqanın XXX turunda "Atletik"i 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv ardıcıl 24 oyundur (18 qələbə, 6 heç-heçə) çempionatda uduzmur.

"Kral klubu" sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.

Qeyd edək ki, "Real" hazırda 75 xalla La Liqada liderdir.