Gəncədə qəza baş verib, xəsarət alanlar var - FOTO

Gəncədə qəza baş verib, xəsarət alanlar var  - FOTO

Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkərdə olan "VAZ 2107" ilə "VAZ 21099" markalı minik maşınları toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.