ABŞ-da restoranda atışma baş verib, ölən və yaralılar var

ABŞ-da restoranda atışma baş verib, ölən və yaralılar var

Amerikanın Tennessi ştatının Neşvil şəhərində yerləşən restoranların birində atışma baş verib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə şəhər polisi özünün “X” səhifəsində məlumat yayıb.

"Müstəntiqlər silahlı şəxsin bazar günü səhər yeməyi zamanı atəş açmaq motivini müəyyənləşdirmək üçün çalışırlar. Bir nəfər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb", - xəbərdə vurğulanıb.

Qeyd edilib ki, atışma yerli vaxtla təxminən 15:00-da ( Bakı vaxtı ilə 24:00) martın 31-də baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən avtomobillə qaçıb və onun axtarışı davam etdirilir. Onun beş nəfərə yaxın şəxsi yaraladığı bildirilir.