Konstantin Qavrilov: Rusiya ilə NATO arasında münasibətlər Soyuq müharibə dövründən də pisdir

Konstantin Qavrilov: Rusiya ilə NATO arasında münasibətlər Soyuq müharibə dövründən də pisdir

Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov Rusiya Federasiyası ilə NATO arasında mövcud münasibətləri dəyərləndirib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Diplomatın sözlərinə görə, Soyuq müharibə dövründə Şimali Atlantika Alyansının nazirlər və digər səviyyələrdə demək olar ki, bütün bəyanatları Sovet İttifaqı və Varşava Müqaviləsi ölkələrinin qəfil genişmiqyaslı hücumu ehtimalının qiymətləndirilməsi ilə başlayıb.

O bildirib ki, bu cür ritorika indi yenidən üstünlük təşkil edir: "NATO-nun 2022-ci ildə Madrid sammitində təsdiq edilmiş strateji konsepsiyasında Rusiya ən əhəmiyyətli və birbaşa təhlükə elan edilib. Alyans ən azı yaxın on ildə bu aqressiv-qarşıdurma məntiqindən çıxış etməyi planlaşdırır ki, bu da sənəd üçün nəzərdə tutulub.

Göründüyü kimi, indi onların Avropa təhlükəsizliyi idealı tikanlı məftillərə bükülmüş ölkəmizlə sərhədlərdədir. Rusiya Federasiyası ilə NATO arasında münasibətlər Soyuq müharibə dövründən də pisdir".