Ceyhun Bayramov: "AŞPA-da Azərbaycana qarşı atılan qərəzli addımı qətiyyətlə pisləyirik"

Ceyhun Bayramov: "AŞPA-da Azərbaycana qarşı atılan qərəzli addımı qətiyyətlə pisləyirik"

AŞPA-da Azərbaycana qarşı atılan qərəzli addımı qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti də artıq öz mövqeyini bildirib.

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Tamamilə razıyam ki, bu qəzəbli addımın atılması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsidir. Avropa Parlamentinin mövqeyi həmişə mövcud idi, Azərbaycan nümayəndə heyəti də bu ittihamlara cavab verirdi. Belə bir mövqeyin sistemli şəkildə və təşkil olunmuş formada tətbiq edilməsi hansısa yeni element olmalıdır. Bu isə tamamilə yeni davranışı ortaya qoydu. Yenə xatırladıram ki, 19-20 sentyabr antiterror tədbirləri müharibədən sonra 3 il ərzində edilən xəbərdarlıqların nəticəsi idi və Azərbaycan konstitusiyasına, beynəlxalq hüquqa tamamilə uyğun idi", - C.Bayramov əlavə edib.