ABŞ və İsrail Rəfah əməliyyatına alternativləri müzakirə etmək üçün görüş keçirəcək

ABŞ və İsrail Rəfah əməliyyatına alternativləri müzakirə etmək üçün görüş keçirəcək

ABŞ və İsrail Qəzza zolağının Rəfah şəhərində planlaşdırılan hərbi əməliyyat əvəzinə ABŞ prezidenti Co Bayden administrasiyasının İsrailə təklif etdiyi alternativləri müzakirə etmək üçün virtual görüş keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, virtual görüş İsrailin Baş naziri Benyamin Netanyahuya “simasını xilas etmək” və Vaşinqtona nümayəndə heyəti göndərmədən Ağ Evlə müzakirələr aparmaq şansı verəcək.

Bir müddət öncə “CNN” bildirmişdi ki, ABŞ və İsrail arasında Rəfah üzrə danışıqlar aprelin 1-də baş tuta bilər.