Polad Bülbüloğlu: “Azərbaycan ilk dəfə azad edilmiş ərazilərdə prezident seçkiləri keçirəcək”

Polad Bülbüloğlu: “Azərbaycan ilk dəfə azad edilmiş ərazilərdə prezident seçkiləri keçirəcək”

Azərbaycan ilk dəfə işğaldan azad edilmiş ərazilərdə prezident seçkiləri keçirəcək.

“Birxeber.Az” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “TASS”a müsahibəsində deyib.

“Xüsusilə qeyd etmək istərdim ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Artıq işğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb, yəni səsvermə prosesi üçün hər şey hazırdır”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, ölkədə, eləcə də xaricdə yaşayan Azərbaycan vətəndaşları yüksək fəallıq nümayiş etdirəcək, firavan və güclü Azərbaycanın xeyrinə düzgün seçim olunacaq.