Polşanın Baş naziri: “Avropa müharibədən öncəki dövrə daxil olub”

Polşanın Baş naziri: “Avropa müharibədən öncəki dövrə daxil olub”

Avropa müharibədən əvvəlki dövrə qədəm qoyub, lakin Rusiyanın yaratdığı təhlükə ilə üzləşməyə hazır olana qədər köhnə qitənin qət etməli uzun yolu var.

Birxeber.Az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində deyib.

“Müharibə artıq keçmişdən gələn bir anlayış deyil. Hazırda ən qorxulusu odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür. 1945-ci ildən bəri belə bir vəziyyət görməmişik. Bilirəm ki, bu, xüsusən də gənc nəsil üçün vahiməli səslənir, lakin biz yeni bir dövrün, müharibədən öncəki dövrün başladığına öyrəşməliyik”, - Tusk vurğulayıb.