Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var 

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var 

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü A.Məmmədov, 1998-ci il təvəllüdlü A.Əliyev və 1995-ci il təvəllüdlü V.Vəlixanova xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrindən biri taksi olub.

Faktla bağlı araşdırma aparılır.