Türkiyədə seçki qutularının yarısı açılıb - YENİLƏNİB 1

Türkiyədə seçki qutularının yarısı açılıb  - YENİLƏNİB 1

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə nəticələr açıqlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, seçki qutularının 51,65% -i açılıb.

Nəticələrə əsasən, Cumhuriyyət Xalq Partiyası (CHP) 37,89% səslə irəlidədir.

Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 36,85% səslə 2-ci, DEM Partiyası isə 5,87% ilə 3-cü yerdədir.

***
21:06

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə ilk nəticələr açıqlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, seçki qutularının 19,05%-i açılıb.

Nəticələrə əsasən, Cumhuriyyət Xalq Partiyası (CHP) 38,71% səslə irəlidədir.

Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 38,32% səslə 2-ci, DEM Partiyası isə 5,15% ilə 3-cü yerdədir.

***
20:24

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə ilk nəticələr açıqlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.

Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.