Nərimanovda baş verən yanğın nəticəsində 15 nəfər xəstəxanaya yerləşdirilib - FOTO - VİDEO - YENİLƏNİB 2

Nərimanovda baş verən yanğın nəticəsində 15 nəfər xəstəxanaya yerləşdirilib - FOTO - VİDEO - YENİLƏNİB 2

Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Birxeber.Az-ya məlumat verilib.

Yanğın nəticəsində hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

***
23:00


Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15-i uşaq olmaqla ümumilikdə 50 sakin təxliyə edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə FHN DYMX Yanğsöndürmə Qərargahının rəis müavini, polkovnik-leytenant Taleh Babayev məlumat verib.

“Hazırda yanğın söndürülüb. Yanıq xəsarəti alanlarla bağlı hər hansı məlumat daxil olmayıb. Təcili tibbi yardım əməkdaşları tüstüdən zəhərlənənlərə yerində yardım göstərib. Yanğının baş vermə səbəbləri araşdırılır”, - Taleh Babayev nümayəndəsi bildirib.

FHN-dən qeyd olunub ki, 16 mərtəbəli yaşayış binasında şaxta boyunca 30 p.m elektrik naqilləri yanıb.

***
21:45

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-dən Birxeber.Az-ya verilən məlumata görə, binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə girişdə qoyulan məhdudiyyət aradan qaldırılıb.

***
21:34

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Birxeber.Az-ya verilən məlumata görə, bununla bağlı qurumun "112" qaynar telefon xəttinə olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə giriş məhdudlaşdırılıb.