Konqresmen Uolberq Qəzza zolağına nüvə zərbəsi endirməyə çağırıb

Konqresmen Uolberq Qəzza zolağına nüvə zərbəsi endirməyə çağırıb

ABŞ nümayəndəsi Tim Valberq Qəzza zolağına nüvə zərbəsi endirməyi təklif edib.

APA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yazıb.

“Görünən odur ki, Konqresin Respublikaçı üzvü Qəzza zolağına nüvə zərbəsinin endirilməsini təklif edib”, - nəşr qeyd edir.

Bir müddət əvvəl amerikalı jurnalist Taker Karlson bildirmişdi ki, hazırda Co Bayden ABŞ-ni Rusiya ilə və Yaxın Şərqdə müharibələrə sürükləyir, dünya isə nüvə münaqişəsinə yaxınlaşır.