ABŞ administrasiyası ATACMS raketlərini Kiyevə təhvil vermək qərarına yaxındır

ABŞ administrasiyası ATACMS raketlərini Kiyevə təhvil vermək qərarına yaxındır

"Vaşinqton administrasiyası ATACMS taktiki ballistik raketlərini Ukraynaya təhvil vermək qərarına yaxındır".

"Birxeber.Az" xəbər verir ki, buna əminliyini ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Mayk Törner CBS telekanalının efirində bildirib.

Kiyevə Amerika hərbi yardımının ayrılmasından danışan qanunverici qeyd edib: “Ancaq əlavə maliyyələşdirmə və silah ehtiyatlarının artırılması tələbinə əlavə olaraq, onlara daha uzun mənzilli sistemlər verməliyik.

Ağ Ev bunu etməkdə tərəddüd etsə də, Konqres bunu tələb edib. Ukrayna prezidenti Vladimir Zelenski də buna çağırıb. Söhbət ATACMS-dan gedir. Düşünürəm ki, administrasiya onları təhvil verməyə hazır olmaq ərəfəsindədir".

Maksimum 300 kilometrədək hədəfləri vura bilən yer-yer tipli ATACMS (Army Tactical Missile System) taktiki ballistik raketləri Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.