DİN: Sosial şəbəkə səhifələrində şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olunub

DİN: Sosial şəbəkə səhifələrində şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olunub

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Qeyd edilib ki, onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür: "Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır".