Çin 2035-ci ilə qədər yeni qlobal iqtisadi lider ola bilər

Çin 2035-ci ilə qədər yeni qlobal iqtisadi lider ola bilər

2035-ci ilə qədər Çin iqtisadiyyatının ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ehtimalı var.

"Report" xəbər verir ki, bu barədə Çin Xalq Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesabatında deyilir.

Qeyd olunub ki, Çin növbəti bir neçə il ərzində illik ÜDM artımını 5% civarında və ya 2035-ci ilə qədər ən azı 4%-dən yuxarı saxlayarsa, bu ssenari mümkündür.

Hindistan, Kanada, Çin, Rusiya və ABŞ-dan olan alimlərin birgə hazırladığı araşdırmada Çinin iqtisadi artım tempinin ABŞ-ı ötdüyü qeyd olunub. Eyni zamanda, yuan beynəlxalq aləmdə möhkəmlənməkdə davam edir və onun beynəlmiləlləşmə dərəcəsi artır.

Qeyd olunub ki, inkişaf etməkdə olan ölkələr gələcəkdə qlobal iqtisadi artımın əsas mühərriki olacaqlar və onların sürətli artımı növbəti onillikdə qlobal ÜDM-i iki dəfə artıra bilər.

2023-cü ilin sonunda Çinin ÜDM-i 5,2% artaraq 126 trilyon yuan (17,7 trilyon ABŞ dolları) həcminə çatıb, ABŞ ÜDM-i isə 2,5% artaraq 26,39 trilyon ABŞ dolları təşkil edib.