Azərbaycan ağırlıqqaldıranı Dünya Kubokunda 5-ci olub

Azərbaycan ağırlıqqaldıranı Dünya Kubokunda 5-ci olub

Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.

"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində çıxış edən idmançı beşinci yeri tutub.

O, toplam 127 kq-ın (55+72) öhdəsindən gələ bilib.

Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur.