"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB

"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.

"Birxeber.Az"un məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Muraoya uduzub.

Beləliklə, yığma yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) eyni mükafata sahib çıxıb.

15:22

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

"Birxeber.Az"un məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalda uduzaraq (73 kq) gümüş medal qazanıb.