Azərbaycan minifutbol çempionatı: 1/4 finalda ilk oyunların saatı açıqlanıb

Azərbaycan minifutbol çempionatı: 1/4 finalda ilk oyunların saatı açıqlanıb

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunlarının dəqiq vaxtı bəlli olub.

"Report"un məlumatına görə, aprelin 3-də ilk olaraq "Zirə" və "Aznur" komandaları meydana çıxacaqlar. Görüş saat 19:15-də start götürəcək.

Saat 20:30-da “Birbaşa Bakı” - “İnter”, 21:45-də “Real Bakı” - “Qalaksi”, 23:00-da isə “Odlar Yurdu” - “Abşeron” matçları baş tutacaq.

Cavab qarşılaşmaları aprelin 10-da keçiriləcək.