Türkiyə və ABŞ-ın İŞİD-ə qarşı birgə maliyyə əməliyyatının təfərrüatları məlum olub

Türkiyə və ABŞ-ın İŞİD-ə qarşı birgə maliyyə əməliyyatının təfərrüatları məlum olub

Türkiyə qanunsuz maliyyə qaynaqlarnıa qarşı araşdırma və əməliyyatlarla terrorla mübarizəni davam etdirir. İraq və Suriyadan İŞİD terror təşkilatına pul köçürənlər diqqət mərkəzinə alınıb. Bu kontekstdə bəzi əsas fiziki və hüquqi şəxslərin aktivləri dondurulub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “TRT Haber” yazıb.

Bildirilib ki, Maliyyə Cinayətlərinin Təhqiqatı Şurası terror təşkilatı İŞİD-ə növbəti zərbəni endirib. Belə ki, terror təşkilatının maliyyə resurslarını böyük ölçüdə təmin edən şəbəkənin başında duran şəxslərin aktivləri dondurulub. Bunlar İraq vətəndaşları Brukan əl-Hatuni və onun oğulları Məhəmməd və Ömər Abd əl-Həmiddir.

Əl-Hatuni və oğullarının 2021-ci ildə Mersində pul köçürmə şirkəti ilə əlaqə saxladıqları aşkarlanıb. Onların İŞİD-ə 500 min dollardan çox pul göndərilməsinə təşəbbüs göstərdikləri bəlli olub.

Məlum olub ki, əl-Hatuni sonradan bu pul köçürmə şirkətini satın alıb və adını dəyişərək “Wadi Alrrafidayn” qoyduğu ortaya çıxıb. İŞİD-in maliyyə əməliyyatlarına şərait yaradan Luay Casim Hammadi əl-Cuburinin aktivləri də dondurulub.

Qeyd olunub ki, əməliyyatlar Türkiyə və ABŞ tərəfindən birgə gerçəkləşdirilib. 2 şirkətin təşkilata maliyyə vəsaiti təmin etmək üçün istifadə edilən aktivləri də dondurulub.

Onlardan biri “Wadi Alrrafidayn Foodstuffs”, digəri isə “Sham Express”dir. 2 şirkətin Türkiyə, Suriya və İraq arasında İŞİD-in maliyyə əməliyyatlarını asanlaşdırmaq üçün qanunsuz pul köçürdüyü və təşkilata kömək məqsədilə qurulduğu aydın olub.

ABŞ Maliyyə Nazirliyi də öz rəsmi saytında sözügedən proseslər barədə bildirib.

“ABŞ və Türkiyə İŞİD-in maliyyələşdirilməsini dayandırmaq üçün birgə hərəkətə keçib”.

Nazirliyin açıqlamasında təşkilatın maliyyə şəbəkəsində aktivləri dondurulmuş şəxslərin mühüm önəm kəsb etdiyi vurğulanıb.

Region Region
Ukraynalı komandan: “Tavriya istiqamətində Rusiyanın 4 bölüyü məhv edilib”

Ukraynalı komandan: “Tavriya istiqamətində Rusiyanın 4 bölüyü məhv edilib”

Region Region
Rusiya XİN: "Kiyevə silah tədarükü "xüsusi əməliyyat"ın genişlənməsinə səbəb olacaq"

Rusiya XİN: "Kiyevə silah tədarükü "xüsusi əməliyyat"ın genişlənməsinə səbəb olacaq"

Region Region
ATƏT sədri etiraf edib: “Minsk Qrupunun işi dondurulub”

ATƏT sədri etiraf edib: “Minsk Qrupunun işi dondurulub”

Region Region
Aİ Rusiya və Belarusa xəbərdarlıq edib: "Sanksiyalarla cavab verəcəyik"

Aİ Rusiya və Belarusa xəbərdarlıq edib: "Sanksiyalarla cavab verəcəyik"

Region Region
Rusiya son sutkada Xersonu 67 dəfə atəşə tutub, 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Rusiya son sutkada Xersonu 67 dəfə atəşə tutub, 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Region Region
Ermənistanda yeni nazir məktəblərdə hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsini qadağan edib

Ermənistanda yeni nazir məktəblərdə hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsini qadağan edib

Region Region
Putin: "Öhdəliklər yerinə yetirilsə, “Taxıl sazişi”nə qayıtmağa hazırıq"

Putin: "Öhdəliklər yerinə yetirilsə, “Taxıl sazişi”nə qayıtmağa hazırıq"

Region Region
Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başa çatıb

Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başa çatıb

Region Region
Aİ Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı üçün yeni plan təklif edəcək

Aİ Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı üçün yeni plan təklif edəcək

Region Region
Malatyada 5,6 maqnitudada zəlzələ olub, 1 nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-3

Malatyada 5,6 maqnitudada zəlzələ olub, 1 nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-3

Region Region
Türkiyə PA: “1970-ci ildə erməni terror təşkilatlarının hücumları ilə üzləşirdik"

Türkiyə PA: “1970-ci ildə erməni terror təşkilatlarının hücumları ilə üzləşirdik"

Region Region
Rusiya Odessa və Nikolayevə PUA zərbəsi endirib

Rusiya Odessa və Nikolayevə PUA zərbəsi endirib