İsrail İordan çayının qərb sahilində reydlər keçirib

İsrail İordan çayının qərb sahilində reydlər keçirib

İsrail qüvvələri İordan çayının qərb sahilindəki qəsəbə və kəndlərə reydlər keçirib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, Kalkiliya şəhərində silahlı toqquşmalar baş verib. İsrail təhlükəsizlik qüvvələri Nablusun şərqindəki Beyt Furik qəsəbəsində silahdan istifadə edib. Reydlər Cenin və Ramallah ətraflarında da keçirilib.