Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

"Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam. Çünki bu işi sevirəm".

"Birxeber.Az"un məlumatına görə, bunu Azərbaycan cüdoçusu Səid Mollayi (81 kq) Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi yutub kanalına müsahibəsində deyib.

O, bildirib ki, yaxşı nəticə idmançının aktivinə, uğursuzluq isə məşqçinin passivinə yazılır: "Hakimlik isə stresli iş olsa da, məşqçilik kimi deyil. Düşünürəm ki, bu, mənim üçün daha yaxşıdır. Hakim olmağı çox arzulayıram".

Cüdo ilə 2010-cu ildən - 18 yaşı olarkən məşğul olmağa başlayan cənubi azərbaycanlı idmançı ən yaxın dostunun millidən komanda yoldaşı Hidayət Heydərov (73 kq) olduğunu söyləyib: "Zarafatcıl oğlandır. Daim birlikdəyik. Yarışlar və təlim-məşq toplanışları zamanı eyni otaqlarda qalırıq. Bu, mənim üçün çox önəmlidir. Hidayət hər zaman mənə hörmət edir".

Dünya çempionu, Tokio olimpiadasının gümüş mükafatçısı ən sevimli və xüsusi fəndini də açıqlayıb: "Təbii ki, bu, "kata quruma"dır (əsasən əllərin köməyi ilə ayaqüstü atma fəndi). Çünki bu, mənim güləş üslubuma daha uyğundur".

Mollayi "Sevimli qəhrəmanınız və ən bəyəndiyiniz cüdoçu kimdir" sualına bu cür cavab verib: "Sevimli qəhrəmanım Elnur Məmmədlidir. O, əsl əfsanədir. Bəyəndiyim cüdoçu isə yunanıstanlı İlias İliadisdir. Əsl döyüşçü idi. Mənim sevimli fəndlərimdən biri olan "ura nage"ni (beldən iki əlli tutmaqla başı üzərindən atma) 2011-ci il dünya çempionatında rusiyalı Kiril Denisova tətbiq edib".

31 yaşlı cüdoçu gizli istedadının yemək bişirmək olduğunu gizlətməyib: "Aş, səbzi, lobya kimi dadlı yeməklər hazırlaya bilirəm".

O, öz çəkisindəki əsas rəqiblərinin adlarını da çəkib: "Çoxlu güclü rəqibim var. Bunlar Sagi Muki, Hasan Xalmurzayev və Mattias Kassedir. Cüdodan kənarda da rəqibim var. Adı Sebastiandır. Hər şeyə görə bir-birimizlə mübarizə aparırıq. Bəzən o, bəzən də mən özümü qalib, ən yaxşı elan edirəm".

Təcrübəli idmançı ən yaddaqalan yarışının 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatı olduğunu qeyd edib: "Dünya çempionu olmuşdum. Atan və anam da yanımda, zalda idi. Mükafatlandırma mərasimindən sonra onlara tərəf qaçdım və hər ikisini qucaqladım. Medalımı onlara verdim.

Mollayi sonda insanlara məsləhət də verib: "İşinizdən zövq alın. Hər zaman xoşbəxt olmaq lazımdır".

Qeyd edək ki, Səid Mollayi 2022-ci ilin mayından Azərbaycan millisində çıxış edir.

Fərdi Fərdi
Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi Fərdi
Azərbaycan para-taekvondoçuları Açıq Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycan para-taekvondoçuları Açıq Avropa çempionatında 3 medal qazanıblar

Fərdi Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi Fərdi
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Fərdi Fərdi
Rusiya və Belarus tennisçilərinin "Uimbldon"da iştirakına icazə verilib

Rusiya və Belarus tennisçilərinin "Uimbldon"da iştirakına icazə verilib

Fərdi Fərdi
Avropa Oyunları: Azərbaycan karateçisi finala yüksəlib

Avropa Oyunları: Azərbaycan karateçisi finala yüksəlib

Fərdi Fərdi
“Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb

Fərdi Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi Fərdi
Ukrayna boks üzrə dünya çempionatını boykot edib

Ukrayna boks üzrə dünya çempionatını boykot edib

Fərdi Fərdi
Azərbaycanın qadın güləşçisi bürünc medal uğrunda görüşdə məğlub olub - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi bürünc medal uğrunda görüşdə məğlub olub - YENİLƏNİB

Fərdi Fərdi
Universiada: Lamiyə Vəliyeva Azərbaycan rekordunu yeniləyərək yarımfinala yüksəlib

Universiada: Lamiyə Vəliyeva Azərbaycan rekordunu yeniləyərək yarımfinala yüksəlib