Tərtərdə silah-sursat aşkar edilib

Tərtərdə silah-sursat aşkar edilib

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.