Beyləqanda avtomat və qumbara tapılıb

Beyləqanda avtomat və qumbara tapılıb

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib, həmçinin rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri 1 ədəd "AK-74" silahını, 2 ədəd "F-1" və 1 ədəd "RQN-D" əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.

Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.