Beyləqan rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib

Beyləqan rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib

Beyləqan rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri 1 ədəd "AK-74" silahını, 2 ədəd "F-1" və 1 ədəd "RQN-D" əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.

Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.