İqtisadiyyat Nazirliyi Ağdamda təlim keçirib

İqtisadiyyat Nazirliyi Ağdamda təlim keçirib

Ağdam şəhərində İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları üçün təlim keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxış edərək, təlimin işinə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz dövlətimizin başçısının tapşırığına uyğun olaraq yenidən qurulur. Azərbaycan digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. Eyni vaxtda əsas infrastruktur layihələri həyata keçirilir, nəqliyyat və logistika, enerji təchizatı, su təchizatı və telekommunikasiya sahələrində işlər aparılır.

Bundan başqa, B.Hacıyev öz çıxışında təlimin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, işğaldan azad olunan ərazilərdə aparılan təmir, tikinti və bərpa prosesləri zamanı dövlət satınalmalarının tam şəffaf və qanunvericiliyə uyğun aparılması, xarici və yerli investisiyaların işğaldan azad edilmiş ərazilərə cəlbedilməsi və təşviq mexanizmlərinin qurulması məsələləri Ölkə Prezidentinin qarşıya qoyduğu ən vacib tapşırıqlardandır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov işğaldan azad edilmiş ərazidə olmaqdan qürur duyduqlarını bildirib. “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda təqdimatla çıxış edib.

Sonra Standartlaşdırma İnstitutunun direktoru İlham Bayramovun “Keyfiyyət infrastrukturunun inkişafı, standartlaşdırma və malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları” mövzusunda çıxışı dinlənilib.

Təlim zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi, “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyalar və icazələr, “Özəl sektorun işğaldan azad edilmiş ərazilərə cəlbetmə mexanizmləri”, “İnvestisiyaların təşviqi mexanizmi”, “Sahibkarların maliyyə resurslarına çıxış imkanları”, “Keyfiyyət infrastrukturunun inkişafı, standartlaşdırma və malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları” mövzularında məlumatlar verilib, fikir mübadiləsi aparılıb.

Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

İnfrastruktur İnfrastruktur
AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək

AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək

İnfrastruktur İnfrastruktur
Daşınmaz əmlakla bağlı daha 5 xidmət ödənişli olub

Daşınmaz əmlakla bağlı daha 5 xidmət ödənişli olub

İnfrastruktur İnfrastruktur
Bakı və Afina arasında birbaşa uçuşlara başlanılır

Bakı və Afina arasında birbaşa uçuşlara başlanılır

İnfrastruktur İnfrastruktur
Bakının Zığ dairəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq

Bakının Zığ dairəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq

İnfrastruktur İnfrastruktur
MDB 2023-cü ildə dəmir yolu ilə yükdaşımalarla bağlı tarif siyasətini qəbul edib

MDB 2023-cü ildə dəmir yolu ilə yükdaşımalarla bağlı tarif siyasətini qəbul edib

İnfrastruktur İnfrastruktur
Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb

Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb

İnfrastruktur İnfrastruktur
172 nömrəli marşrut xətti üzrə böyüktutumlu avtobuslar istifadəyə verilib

172 nömrəli marşrut xətti üzrə böyüktutumlu avtobuslar istifadəyə verilib

İnfrastruktur İnfrastruktur
Bakı-Gəncə-Bakı dəmir yolu xətti üzrə iki əlavə reys təyin edilib

Bakı-Gəncə-Bakı dəmir yolu xətti üzrə iki əlavə reys təyin edilib

İnfrastruktur İnfrastruktur
Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir

İnfrastruktur İnfrastruktur
BNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib

BNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib

İnfrastruktur İnfrastruktur
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın iclası keçirilib

İnfrastruktur İnfrastruktur
Almaniyada təcili eniş edən “Silk Way Airlines” təyyarəsi uçuşa hazırlaşır

Almaniyada təcili eniş edən “Silk Way Airlines” təyyarəsi uçuşa hazırlaşır