Pakistan Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

Pakistan Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, ölkə Rusiya ilə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.

Birxeber.Az xəbər verir ki, Baş nazir bunu Rusiyanın bu ölkədəki səfiri Albert Xorev ilə görüşündə deyib.

Görüş zamanı Baş nazir Rusiya tərəfini iki ölkə arasında ticarət və investisiya əlaqələrinin mövcud səviyyəsinin artırılması yollarını müəyyən etmək üçün həmkarları ilə danışıqlar aparmaq üçün İslamabada nümayəndə heyəti göndərməyə dair çağırışla çıxış edib.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Pakistana rəsmi səfərə dəvət olunduğunu təsdiqləyib.

Məlumatı “Geo” telekanalı yayıb.