Sabiq konqresmen vəfat edib, Azərbaycan səfiri başsağlığı verib

Sabiq konqresmen vəfat edib, Azərbaycan səfiri başsağlığı verib

ABŞ Konqresi Nümayəndələr Palatasının Massaçusetsdən ştatından üzvü (demokrat) Uilyam Delahant 82 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ştatın WCVB TV telekanalı məlumat yayıb.

Keçmiş qanunvericinin vəfatı ilə əlaqədar Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim başsağlığı verib.

“ABŞ-nin Nümayəndələr Palatasının keçmiş üzvü Uilyam Delahantın ailəsinə dərin hüznlə başsağlığı verirəm. Bill böyük dövlət xadimi və çox əziz dost idi, onun müdrikliyi və gözəl şəxsiyyətindən ötrü darıxacağıq. Qəbri nurla dolsun”, – diplomat sosial şəbəkədə qeyd edib.