Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib

Bakının Nəsimi Rayonunda kütləvi dava zamanı 3 nəfər bıcaqlanıb.

Birxeber.Az xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.

Belə ki, 6 nəfər arasında düşən dava zamanı 2005-ci il təvəlüdlü Quliyev Kənan Rəşad oğlu, 2001-ci il təvəlüdlü Haqverdiyev Rövşən Zaur oğlu və 2002-ci il təvəlüdlü Zeynalov Sadiq Zabit oğlu bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.