Xətai rayonunda yol-nəqliyyat hadisəsində 17 yaşlı gənc yaralanıb
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2007-ci il təvəllüdlü Məmmədli Neyjən Zamin qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.