KİV: Qəzza ilə bağlı danışıqlar martın 31-də Qahirədə bərpa olunacaq

KİV: Qəzza ilə bağlı danışıqlar martın 31-də Qahirədə bərpa olunacaq

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsin yaradılmasına dair danışıqlar bazar günü, martın 31-də Qahirədə bərpa olunacaq.

APA xəbər verir ki, bu barədə Misir xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Misir və Qətər İsrail və HƏMAS arasında vasitəçi rolunda çıxış edərək danışıqlar prosesində irəliləyiş əldə etmək üçün birgə səyləri davam etdirirlər.

Rəsmi olaraq, Misir hakimiyyəti hələlik məsləhətləşmələrin bərpasına münasibət bildirməyib.