İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub.

Birxeber.Az-nin Şirvan bürosu xəbər verir ki, nəticədə gediş-gəlişdə fasilələr yaranıb. İstifadə də olan körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər. Bu gün günorta saatlarında körpünün giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. Beton hissə dağıldığından asvalt örtüyü çöküb. Yolun en hissəsi ümumilikdə 7 metrdir, salamat qalan 2 metrlik hissədən yalnızca kiçik avtomobillər və piyadalar istifadə edir. Ağırtutumlu yük avtomobillərinin isə hər iki istiqamətdə hərəkəti hələ ki, məhduddur. Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sel suları İsmayıllı rayonu Gəndov kəndində yolun bir hissəsini yuyub:
“Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Ən qısa zamanda problem aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək".