Bakının 543 küçəsi yuyulub - YENİLƏNİB

Bakının 543 küçəsi yuyulub - YENİLƏNİB

Bu gün Bakının 543 küçəsi yuyulub.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərin əsas küçə və prospektlərində təmizliklə bağlı daxili iməclik keçirilib, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən 543 küçə və prospektlər təbiət və canlılar üçün zərərsiz kimyəvi maddələrlə yuyulub, digər təmizlik işləri görülüb.

13:03

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi Nərimanov rayonunda ağacəkmə aksiyası keçirib.

Bu barədə "Report"a İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd yeni ağac əkilib.

Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.

Qeyd edək ki, gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərin əsas küçə və prospektlərində təmizliklə bağlı daxili iməclik keçirilib, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən küçə və prospektlər təbiət və canlılar üçün zərərsiz kimyəvi maddələrlə yuyulub, digər təmizlik işləri görülüb.