“Crocus City Hall”da keçirilən anım mərasimində 130-dan çox diplomatik nümayəndəlik iştirak edib

“Crocus City Hall”da keçirilən anım mərasimində 130-dan çox diplomatik nümayəndəlik iştirak edib

Rusiyanın Moskva vilayətində martın 22-də baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsinə “Crocus City Hall”da memorial önünə gül dəstələri qoyulması mərasimində 130-dan çox diplomatik nümayəndəliyin əməkdaşları iştirak ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin məlumatında bildirilib.

Bir dəqiqəlik sükutla başlayan mərasimdə xarici ölkələrin diplomatları: Asiya, Afrika, MDB, Yaxın Şərq, Latın Amerikası, Avropa ölkələrinin nümayəndələri iştirak ediblər.

İştirakçılar arasında Belarus, Vatikan, Misir, Avroa İttifaqı, Mərakeş, Livan, Nikaraqua, Fələstin, Serbiya, Suriya, ABŞ, Sierra Leone və Türkiyənin səfirləri olub.