Səfir: Aİ və ABŞ-nin “Ermənistana yardım və dəstək” konfransına hazırlaşması ikiüzlülükdür

Səfir: Aİ və ABŞ-nin “Ermənistana yardım və dəstək” konfransına hazırlaşması ikiüzlülükdür

Aİ və ABŞ-nin “Ermənistana yardım və dəstək” konfransına hazırlaşması ikiüzlülükdür.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X"də yazıb.

Diplomat işğaldan azad edilmiş Xocalı rayonunda erməni işğalçıları tərəfindən qətlə yetirilən daha 3 mülki şəxsin qalıqlarının tapılması məsələsinə diqqət çəkib:

"İşğaldan azad edilmiş Xocalı rayonunda erməni işğalçıları tərəfindən qətlə yetirilən daha 3 mülki şəxsin qalıqları tapılıb. Azərbaycan təkbaşına erməni terroru və vandalizminin vurduğu yaraları sağaldarkən ABŞ və Aİ aprelin 5-də “Ermənistana yardım və dəstək” konfransına hazırlaşır. Sinizm + ikiüzlülük".