Niderlandda girov saxlamaqda şübhəli bilinən şəxs tutulub

Niderlandda girov saxlamaqda şübhəli bilinən şəxs tutulub

Niderlandın Ede şəhərində polis girov saxlamaqda şübhəli bilinən bir şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "De Gelderlander" qəzeti məlumat yayıb.

Polis bütün girovların azad edildiyini bildirib.

Qeyd edək ki, Edadakı kafedə bir neçə nəfər naməlum şəxs tərəfindən girov saxlanılmışdı. Polisin məlumatına görə, ərazidəki 150-yə yaxın evin sakini təxliyə edilib.