Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib.

"Birxeber.Az" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb.

"Hazırda bu barədə düşünmürəm. "Mançester Yunayted" kimi böyük komandaların ətrafında həmişə belə səs-küylü xəbərlər gəzir. Nə mən, nə də komanda üzvləri bu cür xəbərlərə əhəmiyyət verir. "Ayaks"da baş məşqçi olarkən də bu cür hallarla rastlaşmışam. Əsas hədəfim hazırda komandanı bacardığım qədər yaxşı yerlərə daşımaqdır", - deyə Ten Haq söyləyib.

Qeyd edək ki, onun mövsümün sonunda "qırmızı şeytanlar"dan göndəriləcəyi və yerinə İngiltərə millisinin hazırkı baş məşqçisi Qaret Sautqeytin gətiriləcəyi haqda xəbərlər yayılıb. "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasında 30 turdan sonra 47 xalla 6-cı yerdədir.