Kuleba Rumıniya Baş naziri ilə görüşüb
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rumıniya Baş naziri Nikolay Siuka ilə görüşüb.
Birxeber xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter"də bildirib.
Görüşdə ticarət, enerji və infrastruktur sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
XİN başçısı qeyd edib ki, görüşdə Ukrayna məhsullarının ixracı üçün marşrutların şaxələndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
“Rumıniyaya Ukraynanı dəstəkləməsinə və ukraynalı qaçqınları qəbul etdiyinə görə minnətdarıq”, - Kuleba vurğulayıb.