"Qala Sığorta"nın xalis mənfəəti 6%-dən çox azalıb - Hesabat

"Qala Sığorta"nın xalis mənfəəti 6%-dən çox azalıb - Hesabat

“Qala Sığorta” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Birxeber.Az-Economics” sığorta şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il şirkətin xalis mənfəəti əvvəlki illə müqayisədə 6.4% və ya 674.6 min manat azalaraq 9 milyon 892.6 min manat təşkil edib. Sığorta şirkəti 2022-ci ili 10 milyon 567.2 min manat xalis mənfəətlə bağlamışdı.

Hesabat dövründə, “Qala Sığorta”nın əsas əməliyyat gəlirləri 57.3% artaraq 65 milyon 127.2 manata bərabər olub. 2022-ci ildə bu rəqəm 41 milyon 396.9 min manat təşkil edib.

Sığorta şirkətinin investisiya gəlirləri 2 milyon 852.1 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 48.3% və ya 929.5 min manat çoxdur. Bu dövrdə, “Qala Sığorta”nın subroqasiya gəlirləri 6.1% azalaraq 219.7 min manata enib, sair gəlirləri isə 6.7 dəfə artaraq 889.3 min manat olub. Nəticədə, şirkətin cəmi gəlirləri 55 milyon 379.4 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 30.6% çoxdur.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 62% artaraq 25 milyon 179.5 min manata, sığorta ödənişləri 59.7% artaraq 9 milyon 619.9 min manata, işlərin aparılması xərcləri isə 32% artaraq 17 milyon 841.2 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 48% artaraq 43 milyon 29 min manat təşkil edib.

2023-cü ildə “Qala Sığorta”nın maliyyə mənfəəti 7.6% azalaraq 12 milyon 350.3 min manata enib.

2024-cü ilin yanvarın 1-nə “Qala Sığorta”nın cəmi aktivləri 10.9% artaraq 69 milyon 961.5 min manat, cəmi öhdəlikləri 12.9% artaraq 43 milyon 660 min manata, cəmi kapitalı isə 7.8% artaraq 26 milyon 301.4 manata yüksəlib.