Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib

Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib

Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.

"Birxeber.Az"un yerli bürosu məlumat verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.