Polis əməkdaşları tərəfindən 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşları tərəfindən 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 29-da ümumi çəkisi 9,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Birxeber.Az-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana və 530 qramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.