Qəzzaya 2023-cü ilin oktyabrından bəri 250 min tondan çox ərzaq çatdırılıb

Qəzzaya 2023-cü ilin oktyabrından bəri 250 min tondan çox ərzaq çatdırılıb

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağına azı 252,6 min ton ərzaq çatdırılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi (COGAT) məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına 363,7 min ton beynəlxalq humanitar yardım daşıyan azı 19 448 yük maşını daxil olub. Bunlardan 11 954 yük maşını 252,6 min ton ərzaq, 1 409 yük maşını 28,1 min ton su, 2 832 yük maşını 40,7 min ton müvəqqəti yerləşdirmə məntəqələrinin təşkili üçün avadanlıq, 1 705 yük maşını 19,8 min ton dərman, daha 1 539 yük maşını ilə 22,5 min tondan çox qarışıq yük daşınıb.

COGAT-ın məlumatına görə, ən çox yardım BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı və BMT-dən - Ümumdünya Ərzaq Proqramı və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə həyata keçirilib.