"Real" klubu "Bavariya"nın müdafiəçisi ilə müqavilənin şərtlərini razılaşdırıb

"Real" klubu "Bavariya"nın müdafiəçisi ilə müqavilənin şərtlərini razılaşdırıb

İspaniyanın "Real" klubu Almaniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Alfonso Deyvislə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

"Birxeber.Az" xəbər verir ki, Kanada millisinin üzvü "Real"a keçməyə yaxındır.

Madrid klubu 23 yaşlı müdafiəçiyə görə Münhen təmsilçisinə 25-30 milyon avro ödəməyə hazırdır. "Bavariya" isə təxminən 50 milyon avro almaq niyyətindədir.

Qeyd edək ki, Alfonso Deyvis bu mövsüm bütün turnirlər daxil olmaqla "Bavariya"nın heyətində 31 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.