ABŞ Türkiyəyə F-16 qırıcılarının satışına icazə verib - YENİLƏNİB

ABŞ Türkiyəyə F-16 qırıcılarının satışına icazə verib - YENİLƏNİB

Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verib.

APA TASS-a istinadla xəbər verir ki, bununla bağlı sənəddə Ankaranın ABŞ-dan 40 ədəd yeni F-16 almaq, istismarda olan 79 ədəd F-16-nı modernləşdirmək, həmçinin naviqasiya və rabitə də daxil olmaqla, ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istədiyi bildirilib.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və ya onu bloklamaq üçün 30 gün vaxtı var.

***

04.29

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək qərarından sonra Türkiyəyə F-16 qırıcılarının satışını təsdiqləyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə komitənin məlumatında deyilir.

"Bu gün Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiya etməsini alqışlayıb və bundan sonra Türkiyəyə F-16 qırıcılarının satışına icazə verəcəyini açıqlayıb", - deyə məlumatda bildirilir.