Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün vətəndaşlardan götürülən silah-sursatların sayını açıqlayıb.

Bu barədə “Birxeber.Az”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bundan başqa, qanunsuz saxlanılan 1 ədəd tapança, 2 ədəd müxtəlif markalı tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.