İran səfiri: Qərb ölkələrinin regiona müdaxilə təcrübəsi uğurlu sayılmır

İran səfiri: Qərb ölkələrinin regiona müdaxilə təcrübəsi uğurlu sayılmır

Qərb ölkələrinin regiona müdaxiləsi təcrübəsi uğurlu hesab olunmur.

Bunu "Birxeber.Az"un sorğusuna cavab olaraq İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, İran hər zaman regional məsələlərin bölgədə yerləşən ölkələrin potensialından yararlanaraq həllinə təkid edib: "Regional məsələlərin həllinə heç kömək etməyəcəklər, əksinə, bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxaracaqlar. Çünki bu dövlətlər region ölkələrinin maraqlarını deyil, əsasən öz maraqlarını təmin etməyə çalışırlar".

Səfir region ölkələrinin öz məsələlərini özləri həll etmək gücündə olduğuna inandığını söyləyib: "İran bu istiqamətdə iki və çoxtərəfli təmaslarını davam etdirir".